Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Dövlət Turizm Agentliyinin (DTA) strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmanın mətni dövlət başçısının saytında dərc olunub.
Sənədə əsasən, Dövlət Turizm Agentliyinin aşağıdakı regional turizm idarələri yaradılır: Bakı-Abşeron Regional Turizm İdarəsi; Gəncə Regional Turizm İdarəsi; Şəki Regional Turizm İdarəsi; Lənkəran Regional Turizm İdarəsi; Mingəçevir Regional Turizm İdarəsi; Quba Regional Turizm İdarəsi; Qarabağ Regional Turizm İdarəsi; İsmayıllı Regional Turizm İdarəsi.
Bundan başqa, Dövlət Turizm Agentliyinin işçilərinin say həddi cəmi 151 ştat vahidi olmaqla, Agentliyin Aparatı üzrə 63 ştat vahidi, regional turizm idarələri üzrə 88 ştat vahidi müəyyən edilir.
Dövlət Turizm Agentliyi Azərbaycan prezidentinin 20 aprel 2018-ci il tarixli sərəncamına əsasən yaradılıb. **
B.Rüstəmbəyov