Azərbaycan prezidenti İlham Əliyev çərşənbə günü Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyənin cənubunda baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib.
Dövlət başçısının saytında məlumat verilir ki, prezident Əliyev matəm kitabına ürək sözlərini yazdı, sonra Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı ilə söhbət etdi.
Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) son məlumatına əsasən, Türkiyə zəlzələ qurbanlarının sayı 8574 nəfərə qədər artıb, 49 min 133 nəfər yaralanıb. Zəlzələ nəticəsində 6444 bina dağılıb. **
N.Abbasova