Türkiyədə baş vermiş zəlzələ nəticsində bir Azərbaycan vətəndaşı həlak olub. Bu barədə çərşənbə günü Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilir.
“Bu günə qədər bir nəfər Azərbaycan Respublikası vətəndaşının – 1980-ci il təvəllüdlü Bakı şəhər sakini Nailə Bünyatova Aydın qızının vəfatı barədə məlumat alınıb”, - XİN-in məlumatında deyilir.
Hazırda cənazənin Azərbaycana gətirilməsi üçün zəruri tədbirlər görülür.
Həmçinin, XİN-dən bildirlir ki, Azərbaycan Respublikası tərəfindən vətəndaşlarımızın təxliyə prosesi davam edir. Çərşənbə axşamı zəlzələdən zərər çəkmiş 12 vilayətdən 5 avtobus vasitəsilə 205 nəfər Azərbaycan vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları quru yolu ilə (avtobuslarla) Gürcüstan üzərindən Azərbaycana yola salınıb. “Bu gün də (çərşənbə günü - İF) çox sayda vətəndaşımızın təxliyəsi planlaşdırılır və bunun üçün müvafiq tədbirlər həyata keçirilir”, - XİN-dən bildirilir.
Xəbər verildiyi kimi, bazar ertəsi səhər saatlarında Türkiyədə güclü zəlzələ baş verib, nəticədə 8 mindən çox şəxs həlak olub. **
R.Kərimov