Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ çıxarıblar.
Nazirliyin məlumatına əsasən, xilasetmə işləri nəticəsində həmçinin 47 nəfərin isə cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Xəbər verildiyi kimi, bazar ertəsi səhər Türkiyədə güclü zəlzələ baş verib, nəticədə 8 mindən çox insan ölüb. Zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 725 əməkdaşı, o cümlədən 34 tibb işçisi cəlb olunub. **
R.Kərimov