Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına cəlb olunmuş xilasediciləri tərəfindən Kahramanmaraş vilayətində 40-a yaxın insan dağıntılar altından sağ çıxarılıb.
“FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər”, - deyə FHN-in məlumatında bildirilir.
Fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş güclü zəlzələdə 12 mindən çox insan həlak olub. Zəlzələnin fəsadlarının aradan qaldırılmasına FHN-in 725 əməkdaşı, o cümlədən 34 nəfərlik tibbi heyəti cəlb olunub.*
R.Kərimov