2022-ci ildə Dövlət Vergi Xidməti (DVX) tərəfindən dövlət büdcəsinə 15,5 milyard manat məbləğində vergi və rüsum daxilomaları təmin edilib, bu da 2021-ci ilin göstəricisindən 82,2% çoxdur. Bu barədə DVX-nin rəisi Orxan Nəzərli bəyan edib.
“Ümumilikdə, 2022-ci ildə DVX xətti ilə Azərbaycanın dövlət büdcəsinə vergi köçürmələri 21,1 milyard manat təşkil edib”, - Nəzərli cümə günü "Heydər Əliyev və Azərbaycanın vergi sistemi: yeni çağırışlara doğru" konfransında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, şəffaflığın artırılması üzrə həyata keçirilən fəaliyyət nəticəsində 2022-ci ildə aktiv vergi ödəyicilərinin sayı7%, aktiv ƏDV ödəyicilərinin sayı- 17,1%, aktiv obyektlərin sayı- 3,2%, artıb.
Bundan başqa, ötən il qeyri-neft sektoru üzrə vəsait dövriyyəsi22,6% artıb.
Həmçinin, Nəzərli qeyd edib ki, son üç il ərzində qeyri-neft özəl sektoru üzrə əmək müqavilələrinin sayı291,435 min təşkil edib. Ümumilikdə, ölkədə bağlanmış əmək müqavilələrinin47,6%-i bu sektorun payına düşüb. **
B.Rüstəmbəyov