Martın 5-dən etibarən “Aeroflot” Moskvadan Gəncəyə müntəzəm reyslərə başlamağı planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a şirkətin mətbuat xidmətindən məlumat verilib.
Uçuşlar həftədə bir dəfə “Airbus A320” təyyarələri ilə yerinə yetiriləcək.
Gəncə “Aeroflot”un uçuşlar həyata keçirəcəyi Azərbaycanın ikinci şəhəridir. Hazırda aviaşirkət Bakıdan Moskvaya və Sankt-Paterburqa, törömə şirləti olan “Rossiya” isə Soçidən uçuşlar yerinə yetirir.
Gəncə - popular turizm istiqaməti, Azərbaycanın iri sənaye və tədris mərkəzidir.
İqtisadiyyat şöbəsi