2023-cü ilin yanvar ayında Azərbaycanda inflyasiya noyabr ayında qeydə alınmış 1% səviyyəsində inflyasiyaya qarşı 1% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Yanvarda respublikada inflyasiya 1% təşkil edib. Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri 1,2%, qeyri-ərzaq mallarının qiymətləri 1,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 0,5% bahalaşıb”, - Komitədən bildirilir.
2022-ci ilin dekabr ayının sonuna 13,9%-ə qarşı 2023-ci ilin yanvar ayında inflyasiya 13,6%-dək azalıb. Yanvar ayında ərzaq malları ötən ilin eyni dövrü ilə müqayisədə 17,5% bahalaşıb.
Statistik məlumatlara görə, dekabrda ət və ət məhsulları 0,3%, çörək və çörək məmulatları 0,4%, süd məhsulları 0,8%, mineral sular, sərinləşdirici içkilər və şirələr 0,3%, kərə və bitki yağları 0.2%, yumurta 2,5%, tərəvəz 4,5%, balıq və balıq məhsulları 0,7%, çay və kakao 1%, meyvə - 2,9%, spirtli içkilər – 0,4%, qənd, mürəbbə, bal, şokolad və konfetlər – 0,8% bahalaşıb.
Hesabat ayında yumurta və tütün məmulatlarının qiyməti dəyişməyib.
İqtisadiyyat Nazirliyinin proqmozlarına görə, 2023-cü ildə Azərbaycanda orta illik inflyasiyanı 6,9% təşkil edəcək. .
2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9% təşkil edib. **
N.Abbasova