Fransanın xarici işlər naziri Kətrin Kolonna və ABŞ dövlət katibi Entoni Blinken Ermənistan-Azərbaycan münasibətləri və Qarabağdakı vəziyyəti müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentliyi Fransa XİN-in mətbuat xidmətinə istinadən məlumat verir ki, Kolonna və Blinken “Ermənistanla Azərbaycan arasında münasibətlərdə vəziyyəti müzakirə ediblər”, iki ölkə arasında münasibətlərdə problemlərin həlli üzrə səylərə yekun vurublar.
Onlar həmçinin Laçın yolu ətrafında vəziyyəti müzakirə ediblər.
Fransa və ABŞ XİN başçıları Cənubi Qafqazda bütün məsələlər üzrə səylərin birləşdirməq niyyəti barədə bəyan ediblər və bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla təmasları davam etdirəcəklər. **
R.Əhmədov