Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Bakının Tacikistandakı səfiri Rüstəm Soli ilə görüş keçirib, tərəflər ikitərəfli münasinətlərin inkişafı perspektivlərini müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” Tücikistan XİN-ə istinadən məlumat verir ki, görüş fevralın 8-də baş tutub.
«Görüş zamanı siyasi, iqtisadi, ticarət, investisiya, nəqliyyat-tranzit, aviasiya, enerji, sənaye, turizm, mədəni və elmi-təhsil sahələrində ikitərəfli əməkdaşlığın hazırki vəziyyəti və inkişaf perspektivləri ilə bağlı məsələlər müzakirə olunub», - məlumatda qeyd olunur.
Həmçinin, tərəflər bütün sahələrdə birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı səfərlərin təşkili, habelə qarşılıqlı əməkdaşlığın yeni mexanizmlərinin hazırlanması məqsədilə iki ölkənin əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıblar. **
R.Əhmədov