Azərbaycanda koronavirus infeksiyasına 21 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 195-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 37 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 98 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 944 nəfər (sutka ərzində +22) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 153 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 980, hazırkı dövrədək isə ümumilikdə 7 milyon 503 min 34 test aparılıb.**
B.Rüstəmbəyov