Azərbaycan prezidenti İlham Əliyev cümə günü “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncam imzalayıb.
Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.
Orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun (14,7% - İF) olaraq, 2023-cü il yanvarın 1-dək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsinin, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləğinin və 2023-cü il yanvarın 1-dən əmək pensiyalarının tərkibinə daxil edilən maddi yardımların.
Bundan əlavə, pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi 2022-ci il ərzində inflyasiyaya (13,9% - İF) uyğun olaraq həyata keçiriləcək. **
X.Nəsirzadə