Cümə günü Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, hökumət dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı məsələni istədiyi qədər tez həll edə bilmədi.
“Belə böyük ərazidə dağılmış binaların sayı o qədər çoxdur ki, dünyada ən böyük 140 min nəfərdən artıq əxtarış-xilasetmə qüvvələri toplasaq belə, işləri lazımi tepmlə getməsi üçün fəaliyyəti sürətləndirə bilmədik”, - “Hürriyet” nəşri Ərdoğanın Adıyaman şəhərində çıxışından sitat gətirir.
O vurğulayıb ki, zəlzələnin fəsadlarının ləğv edilməsi üzrə işlər, həmçinin hava şəraiti ilə əlaqədar çox mürəkkəbdir.
“Hazırda bölgədə çxdan bəri üzləşmədiyimiz intensiv qış mövsümünün olması faktı bizim üçün daha bir əngəl oldu”, - prezident əlavə edib.
Türkiyə prezidenti söz verib ki, hökumət illik yenidənqurma planı çərçivəsində zəlzələdən zərər çəkən bölgələri bərpa eəcək və zərərçəkənlərə icarə haqqı üçün illik yardım ayıracaq.
“Biz elə edəcəyik ki, çadırlarda qalmaq istəməyən vətəndaşlarımız bir il ərzində icarə haqqı ödəyəerək yaşayış evlərinə köçə bilsinlər”, - Ərdoğan deyib.
Onun sözlərinə görə, hökumət artıq tikinti üçün hazırlığa başlayıb. **