Azərbaycan prezidenti İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2024-cü il yanvarın 1-dək uzadılıb. Dəyişikliklər 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
Qanuna dəyişikliklərin mətni cümə günü dövlət başçısının saytıbda dərc olunub.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində yoxlamaları dayandırıb. Qanuna əsasən, yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar, habelə tikintiyə və özəl tibb müəssisələrinin fəaliyyətinə dövlət nəzarəti çərçivəsində yoxlamalar aparıla bilər.**
R.Əhmədov