Azərbaycan çadırdan ibarət növbəti humanitar yardımı Türkiyəyə yola salıb. Bu barədə şənbə günü Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilir.
“İnterfaks-Azərbaycan”a Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, humanitar yardım bu gecə təyyarə Türkiyəyə yola salınıb.
Nazirliyin məlumatına görə, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 240 ədəd çadırdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.
Xəbər verildiyi kimi, bazar ertəsi səhər saatlarında Türkiyədə güclü zəlzələ baş verib. Nəticədə, 20 mindən çox şəxs həlak olub. Zəlzələnin fəsadlarının aradan qaldırılmasına Azərbaycan FHN-nin 725 əməkdaşı və 34 həkim cəlb olunub. **
V.Əliyev