Türkiyədə baş vermiş zəlzələ, fəsadlar nöqteyi-nəzərindən, 500 atom bombasının partlaması ilə müqayisə olunur. Bu barədə şənbə günü Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agetliyinin (AFAD) Zəlzələ vəRiskin AzaldılmasıDepartamentinin rəhbəri Orxan Tatar bəyan edib.
"Zəlzələnin müddəti 2 dəqiqə olub. Bununla yanaşı, onun dağıdıcı təsiri 500 atom bombasının partlaması ilə müqayisə edilir", - Tatar bildirib.
Fevralın 6-da Türkiyə və Suriyada bir neçə zəlzələ baş verib. Kəhrəmanmaraş vilayətinin Pazarcık rayonunda baş verən 7,7 bal gücündə ilk zəlzələdən sonra ümumilikdə 312 yeraltı təkan baş verib. Hazırda 20 mindən çox insanın həlak olduğu məlumdur. **
V.Əliyev