Bazar günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfərə yola düşüb.
Bu barədə XİN-dən məlumat verilib.
Səfər çərçivəsində Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi və Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının “Qüds şəhəri və onun əhalisinə dəstək” mövzusunda yüksək səviyyəli beynəlxalq konfransında iştirakı nəzərdə tutulur. **
V.Əliyev