Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri Türkiyənin zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində 51 nəfəri dağıntılar altından sağ çıxarıblar.
“FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 51 nəfəri sağ çıxarıblar”, - nazirlikdən məlumat verilir.
Bildirilir ki, axtarış-xilasetmə əməliyyatları nəticəsində 518 nəfərin cəsədi çıxararaq aidiyyəti üzrə təhvil verilib.
Xəbər verildiyi kimi, bazar ertəsi səhər saatlarında Türkiyədə güclü zəlzələ baş verib. Nəticədə, 24 mindən çox şəxs həlak olub. Zəlzələnin fəsadlarının aradan qaldırılmasına Azərbaycan FHN-nin 725 əməkdaşı və 34 həkim cəlb olunub. **
V.Əliyev