“flyDubai" aviaşirkətinə məxsus Dubay-Maxaçqala reysini həyata keçirən təyyarənin kapitanı təyinat hava limanında güclü duman səbəbindən Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş sorğusu göndərib.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindənməlumat verilib.
“Boeing 737” təyyarəsi yerli vaxtla saat 03:52-də Bakı hava limanına eniş edib.
Hava gəmisinin sərnişinləri və heyəti hazırda Bakı hava limanının tranzit zonasında yerləşdirilib. **
V.Əliyev