Türkiyədə bu yaxınlarda baş verən güclü zəlzələ zamanı dağılmış bir sıra evlər inşa edən tikinti şirkətlərinin yüzdən çox əməkdaşının saxlanılması üçün orderlər verilib. Bu barədə bazar günü Associated Press (АР) məlumat verir.
“Türkiyənin vitse-prezidenti Fuad Oktay məlumat verib ki, 131 nəfərin saxlanılması üçün orderlər verilib. Bəzi binaların dağılmasında onlar məsuliyyət daşıdığına dair şübhələr var”, - agentlik yazır.
Həmçinin, Türkiyə Ədliyyə Nazirliyində bəyan ediblər ki, prokurorluq əməkdaşları artıq bəzi dağılmış binaların materiallarının nümunələrini toplamağa başlayıblar”, - AP qeyd edir.
Türkiyənin cənub-şərqində baş vermis zəlzələ nəticəsində 24,6 mindən çox şəxs həlak olub. **