Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Misirə işgüzar səfəri çərçivəsində Misirin xarici işlər naziri Sameh Şükri ilə görüşüb.
XİN-dən məlumat verilib ki, görüş zamanı iki ölkə arasında BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq müstəvilərdə mövcud əməkdaşlıq imkanları nəzərdən keçirilib, qarşılıqlı dəstəyin vacibliyindən bəhs olunub.
Bayramov həmkarını bölgədə post-münaqişə dövründə Azərbaycanın sülh, təhlükəsizlik və əməkdaşlığın qurulması istiqaməyində təşəbbüsləri barədə məlumatlandırıb. Bu səylərə baxmayaraq, Ermənistanın davamlı təxribatlar törətdiyi və prosesə xələl gətirdiyini qeyd edib.
Tərəflər, həmçinin ticari-iqtisadi, mədəni, humanitar və digər sahələr üzrə əməkdaşlıq imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir müzakirəsi aparıblar. **
V.Əliyev