Bugünədək işğaldan azad edilən ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda layihələrin həyata keçirilməsi ilə bağlı 1 358 müraciət daxil olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Müraciətlərdən 895-i yerli, 463-ü xarici şirkətlər tərəfindən təqdim olunub. Müraciətlərin 587-si investisiya layihəsi, 553-ü iş və xidmətlər, 218-i isə digər istiqamətlər üzrə olub”, - deyə məlumatda bildirilib.
“Daxil olan investisiya layihələrinin 90%-i yerli, 10%-i isə xarici şirkətlər tərəfindən təqdim olunub.
“135 milyon manat dəyərində investisiyanı əhatə edən 67 layihə üzrə işlərə başlanılıb. Artıq sözügedən investisiya layihələri üzrə 50 milyon manat yatırılıb və 670-dən çox iş yeri yaradılıb”, – deyə məlumatda qeyd olunub.*
B.Rüstəmbəyov