Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) teatr binasının tikintisi üçün layihə-smeta sənədlərinin hazırlanmasına “Yeni Memar” MMC-ni cəlb edib.
“İnterfaks-Azərbaycan” agentliyi www.tender.gov.az portalına istinadən xəbər verir ki, şirkətlə 100,536 min manat məbləğində müqavilə bağlanıb.*
X.Nəsirzadə