2023-cü ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 4 milyard 298 milyon manatlıq istehlak malları satılıb ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 2,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə istehlakçılara 2,4 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları (2022-ci ilin yanvar ayı ilə müqayisədə artım 2,9%), 1,9 milyard manatlıq qeyri-ərzaq malları (artım 3,6%) satılıb.
2023-cü ilin yanvar ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50,5%-i ərzaq məhsullarının, 5,3%-i içkilər və tütün məmulatlarının, 14%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 4,8%-i avtomobil benzini və dizel yanacağının, 4,5%-i elektrik malları və mebellərin, 2,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,2%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
2022-ci ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin yanvar ayında pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 1,4%, fərdi sahibkarlar üzrə 3,9%, bazar və yarmarkalarda 2,5% artıb.
Hesabat ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 236,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 187,4 manatlıq qeyri-ərzaq malları alıb.
2022-ci ilin yekunları üzrə əhali istehlak mallarının alınması xərclərini 3,1% artırıb.*
B.Rüstəmbəyov