Fevralın 13-də Xəzər dənizində 3.4 maqnitudalı zəlzələ olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yeraltı təkanlar Bakı vaxtı ilə saat 14:19-da qeydə alınıb.
Seysmoloqların operativ məlumatlarına əsasən, zəlzələ episentrinin koordinatları 39.36 N, 51.68 E, dərinlik 60 km olub.*
R.Kərimov