Azərbaycan Rusiyanın daha 23 müəssisəsinin ölkə bazarına heyvandarlıq məhsulları tədarük etməsinə icazə verib.
“Rosselxoznadzor”un məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən bu qərar müəssisələrin Azərbaycanın baytarlıq-sanitariya tələblərinə uyğunluğuna dair təqdim edilmiş zəmanətlər əsasında qəbul edilib.
Hazırda Rusiyanın 1180-dən çox müəssisəsinin Azərbaycana heyvandarlıq məhsulları ixrac etmək icazəsi var.*
Xəbərlər şöbəsi