Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin fevralın 13-də Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşdə Avropa strukturlarını, xüsusən də Avropa Parlamenti və AŞPA-nı Qarabağdakı vəziyyətin həllinə cəlb etmək cəhdlərinə qarşı xəbərdarlıq edib.
“Gəlin ondan çıxış edək ki, Azərbaycan, Ermənistan və Rusiya Federasiyasının liderləri səviyyəsində qəbul olunmuş qərar var. Biz bunu rəhbər tutacağıq və öz tərəfimizdən bu razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edəcəyik. Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq ölkəni itirə bilərlər”, - deyə o vurğulayıb.
Volodinin sözlərinə görə, AŞPA və Avropa Parlamentinin bu məsələyə cəlb olunması vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox yeni problemlər yaradacaq və əgər bunu edirlərsə, bunun nəticələrinə göə məsuliyyət daşımalıdırlar.
S.Qafarova vurğulayıb ki, Azərbaycan bu məsələdə Rusiya prezidenti Vladimir Putinin rolunu yüksək qiymətləndirir.*