Roma Bakı ilə kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalı sahələrində məhsuldar əməkdaşlığa ümid edir. Bunu İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urso bu gün Bakıda deyib.
“Həyata keçiriləcək əməkdaşlığa gəldikdə, əminik ki, biz, həmçinin digər sahələrdə, o cümlədən kənd təsərrüfatı və yeyinti məhsullarının istehsalında sizinlə işləyə biləcəyik. Biz sizin tərəfinizdəyik, istərdik ki, Azərbaycanın inkişafına və Avropanın enerji təhlükəsizliyinə öz töhfəmizi verək”, – deyə italiyalı nazir əlavə edib.*
R.Kərimov