Azərbaycanda koronavirus infeksiyasına 6 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 235-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 19 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10 min 99 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 986 nəfər (sutka ərzində +5) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 150 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 879 (ötən gün 937 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 505 min 997 test aparılıb.*
N.Abbasova