2023-cü ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi istehsalı 2022-ci ilin yanvar ayı ilə müqayisədə 7,7% - 2 milyard 755,9 min kVt.saata qədər artıb. Bu barədə energetika naziri Pərviz Şahbazov məlumat verib.
“Operativ məlumatlara əsasən, 2023-cü ilin yanvar ayında Azərbaycanda elektrik enerjisi istehsalı7,7% - 2 milyard 755,9 min kVt.saata qədər artıb. Həmçinin Azərbacandan elektrik enerjisinin ixracı 512,6 milyon kVt.saat, idxalı – 10,8 milyon kVt.saat təşkil edib”, - Şahbazov Twitter hesabında yazıb.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycandan elektrik enerjisi ixracı 247,2 milyon kVt•st, idxal – 10,7 milyon kVt•st təşkil edib.
Beləliklə, 2022-ci ilin yanvar ayında ixrac 2.1 dəfə, idxal – 0,9% artıb.
2022-ci ildə Azərbaycanda elektrik enerjisinin istehsalı 28 milyard 988,5 milyon kVt•st (artım 4%) olub. Həmçinin, ixrac 3 milyard 3,8 milyon kVt•st (artım 75,9%), idxal isə 137,1 milyon kVt•st (azalma 9,6%) olub. **
N.Abbasova