2022-ci idə “Ani Ödənişlər Sistemi” (AÖS) çərçivəsində əməliyyatların həcmi 549 milyon manat təşkil edib, bu da 2021-ci ilin göstəricisindən 95% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Ümumilikdə, 2022-ci ildə AÖS sistemində 338 min ödəniş (2021-ci illə müqayisədə artım 2,9 dəfə) həyata keçirilib.
Ani Ödənişlər Sistemi 2020-ci il oktyabrın 1-dən real rejimdə istismara verilib. AÖS ölkədə fiziki şəxslər, biznes strukturları və dövlət orqanları arasında aparılan qarşılıqlı hesablaşmaların 5-10 saniyə ərzində tam başa çatdırılması imkanını təmin edir. Sistemin yaradılması ilə İsveçrənin “CMA Small Systems AB” şirkəti məşğul olub.
Sistemin funksionallıqlarının tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı yaradılıb.**
X.Nəsirzadə