2023-cü ilin yanvar ayında Azərbaycanda əsas kapitala 1 milyard 91,7 milyon manat məbləğində vəsait yönəldilib, bu da 2022-ci ilin yanvarı ayının göstəricisindən 61,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 8,8% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 2,5 dəfə artıb”, - Komitədən qeyd edilib.
İstifadə olunmuş vəsaitin 506.2 milyon manatı və ya 46,4%-i məhsul istehsalı sahələrinə, 529 milyon manatı (48,4%-i) xidmət sahəsində obyektlərin tikintisinə, 56,5 milyon manatı (5,2%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvarda əsas kapitala yönəldilmiş vəsaitlərin 279,6 milyon manatını və ya 25.6%-ni xarici, 812,1 milyon manatını və ya 74,4%-ni daxili vəsaitlər təşkil edib.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 844,2 milyon manatı və ya 77,3%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
2022-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 5,5% artıb.**
B.Rüstəmbəyov