Dekabr ayında Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixracın həcmi 10% - gündəlik 663 min barelədək artıb. Bu barədə OPEC-in hesabatıbda deyilir.
Kartelin məlumatına əsasən, dekabrda Rusiya və Mərkəzi Asiyadan neft ixracının həcmi noyabr ayı ilə müqayisədə gündəlik 0.2 milyon barel və ya təxminən orta hesabla, gündəlik 6,4 milyon barelədək azalıb, bu da Baltik dənizi limanlarından axının azalması ilə şərtlənir. **