Türkiyədə zəlzələ nəticəsində 6 Azərbaycan vətəndaşının ölümü təsdiqlənib. Bu barədə Azərbayan Xarici İşlər Nazirliyi (XİN) məlumat verir.
Daha əvəl 5 nəfər Azərbaycan vətəndaşının ölümü barədə məlumat verilib.
“Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı VəliyevŞahin vəfat etdiyi məlum olub. Bununla zəlzələ nəticəsində həlak olan Azərbaycan Respublikasının vətəndaşlarının sayı 6 nəfərə çatıb”, - XİN-dən qeyd olunur.
Bundan başqa, Azərbaycan hökuməti 513 nəfər ölkə vətəndaşını zəlzələ bölgəsindən təxliyə edib.
Nazirlikdən qeyd ediblər ki, Türkiyədən Azərbaycan vətəndaşları və onların yaxınlarının təxliyəsi davam edir, hazırda bu istiqamətdə müvafiq tədbirlər görülür. **
R.Əhmədov