Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına cəlb edilmiş xilasediciləri Kahramanmaraşda dağıntılar altından 53 nəfəri sağ çıxarıblar.
“FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 691 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər”, - deyə FHN-in məlumatında qeyd olunub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələdə 35 mindən çox insan həlak olub. Zəlzələnin fəsadlarının aradan qaldırılmasına FHN-in 725 əməkdaşı, o cümlədən 34 nəfərlik tibbi heyəti cəlb olunub.*
R.Kərimov