Azərbaycan Ordusunun Mühəndis Qoşunları fevral ayının 1-dən bugünədək Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində 3 min km-ə yaxın yolu qar örtüyündən təmizləyib. Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Mühəndis Qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində təxliyə yollarının daim işlək vəziyyətdə saxlanılması, avtomobil və döyüş texnikası kalonlarının təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsi məqsədilə cari ilin fevral ayının 1-dən bugünədək Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində ümumilikdə 2780 km-dən çox yol qar örtüyündən təmizlənib”, - deyə məlumatda bildirilir.*
R.Kərimov