İndiyədək Azərbaycanda vergi ödəyiciləri tərəfindən 85,209 min ədəd (yanvarda 1993 ədəd) yeni nəsil nəzarət-kassa aparatı (NKA) quraşdırılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Vergi Xidmətindən (DVX) məlumat verilib.
“2023-cü ilin yanvar ayında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 1,6 milyard manat olub ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 20,5% çoxdur”, - deyə məlumatda bildirilir.
2022-ci ildə yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 19,5 milyard manat olub ki, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 26,6% çoxdur.
“Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki” Nazirlər Kabineti tərəfindən təsdiq edilib və proses 4 mərhələdən ibarətdir.*
B.Rüstəmbəyov