2023-cü ilin yanvar ayında Azərbaycanda gündəlik 533 min barel neft (2022-ci ilin dekabr ayında 548 min barel) hasil olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Energetika Nazirliyindən məlumat verilib.
“2023-cü ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 652 min barel olub. Bunun 533 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib”, – deyə məlumatda bildirilir.
OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın yanvar ayı üçün gündəlik xam neft hasilatı üzrə kvotası 684 min bareldir.
Beləliklə, Azərbaycan yanvarda OPEC+ sazişi çərçivəsində öhdəliyini 128,3% yerinə yetirib.*
N.Abbasova