Türkiyədə zəlzələ nəticəsində həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarının sayı 10 nəfərə çatıb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Əvvəlki günlərdə şəxsiyyətləri müəyyən edilmiş 6 nəfər vətəndaşımızdan əlavə, 2002-ci il təvəllüdlü İsmayıllı Hümam Fəxri oğlunun, 2000-ci il təvəllüdlü Nəzərzadə Gündüz Mübariz oğlunun, 2000-ci il təvəllüdlü Quliyev Samir Həsən oğlunun, 1950-ci il təvəllüdlü Qocayeva Lida Süleyman qızının vəfat etdikləri müəyyən olunub.
“Həlak olmuş vətəndaşlarımızın cənazələrinin 16 fevral tarixində Azərbaycana gətirilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 35 min nəfəri ötüb.*
R.Kərimov