Prezident İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və energetika naziri Pərviz Şahbazov Münhen Təhlükəsizlik Konfransının iştirakçıları siyahısına daxil ediliblər.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, siyahıda Gürcüstan və Ermənistanın baş nazirləri İrakli Qaribaşvili və Nikol Paşinyan da yer alıb.
Bundan başqa, Münhen Təhlükəsizlik Konfransında Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen, Avropa İttifaqı (Aİ) diplomatiyasının rəhbəri Josep Borrell, Avropa Parlamentinin rəhbəri Robert Metsola və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, ABŞ-ın vitse-prezidenti Kamala Harris, Fransa prezidenti Emmanuel Makron, İtaliyanın baş naziri Corciya Meloni və başqalarının da iştirakı gözlənilir.
Konfrans 17-19 fevral 2023-cü il tarixlərində Bavariyanın paytaxtında keçiriləcək.*
R.Kərimov