Azərbaycanda koronavirus infeksiyasına 24 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 275-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 16 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma hallarının sayı 50% artıb.
Son sutka ərzində COVID-19-dan ölüm halı qeydə alınmayıb. Ölənlərin ümumi sayı 10 min 99 nəfər təşkil edir.
Virusa yoluxmuş 818 min 38 nəfər (sutka ərzində +31) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 138 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 552 (ötən gün 1 min 871 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 509 min 420 test aparılıb.*
R.Kərimov