2022-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi, ilkin qiymətləndirmələrə əsasən, $3,4 milyard təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
«2022-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi, ilkin qiymətləndirmələrə əsasən, 2021-ci illə müqayisədə 3 dəfə artaraq $3,4 milyard təşkil edib”, - AMB-dən qeyd olunub.
2021-ci ildə Azərbaycana fiziki şəxslərin pul köçürmələrinin həcmi $1 milyard 133,391 milyon təşkil edib, bu da 2020-ci ilin göstəricisindən 3,6% çoxdur.**
A.Əzizov