2022-ci ildə Azərbaycanda baş vermiş 1668 yol-nəqliyyat hadisəsi nəticəsində 834 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Statiostika əsasən, 2021-ci illə müqayisədə qeydə alınmış yol qəzalarının sayı 1,2% artıb.
2022-ci il ərzində ölkədə yol-nəqliyyat hadisələri nəticəsində həlak olan və yaralanan şəxslərin sayı 6,1% artaraq 2290 nəfər olub, 834 nəfər həlak olub (2021-ci illə müqayisədə artım 18,1% - İF), 1456 (artım 0,3%) nəfər yaralanıb.
Qeyd olunur ki, yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 76,1%-ni, yaralananların isə 72,1%-ni kişilər təşkil edib.
2022-ci ildə sərxoş vəziyyətdə olan şəxslərin iştirakı ilə 12 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər həlak olub, 12 nəfər yaralanıb. Səkkiz yol qəzası minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.
“Bütün yol-nəqliyyat hadisələrinin 41%-i nəqliyyat vasitələrinin və piyadaların, 36,6%-i bir neçə nəqliyyat vasitəsinin, 22,4%-i bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib”, - Komitədən bildirilir.
Hadisələrin 45%-i gündüz, 37,9%-i gecə, 17,1%-i isə toran vaxtı baş verib, 31,2%-i həftənin şənbə və bazar günlərinə təsadüf edib.**
R.Kərimov