2022-ci ilin yekunları üzrə Azərbaycanın strateji valyuta ehtiyatları ölkənin ÜDM-in 74%-nə ekvivalentdir.
“2022-ci ilin sonuna strateji valyuta ehtiyatları ÜDM-in 74%-ni təşkil edib və manat ilə pul kütləsini (M2 aqreqatı) 3,4 dəfə ötüb”, - Azərbaycan Mərkəzi Bankının (AMB) saytında dərc olunmuş 2022-ci il ərzində puls siyasətinə dair icmalda qeyd olunur.
AMB-nin məlumatına əsasən, 1 yanvar 2023-cü il tarixində M2 pul aqreqartı 29,6 milyard manata yaxın bərabər olub.
Beləliklə, “İnterfaks-Azərbaycan”ın hesablamalarına əsasən, 2022-ci ilin sonuna Azərbagcanın staretji valyuta ehtiyatları 100 milyard manat həcmində qiymətləndirilir.
AMB-dən qeyd olunur ki, 2022-ci ilin sonuna ölkənin valyuta ehtiyatları Azərbaycanda mal və xidmətlər idxalını ödəmək üçün kifayətdir.
Azərbaycanın strateji valyuta ehtiyatları AMB-nin ehtiyatları, Dövlət Neft Fondunun aktivləri və Maliyyə Nazirliyinin xəzinə vəsaitlərindən formalaşır.**
X.Nəsirzadə