Bu gün səhər saatlarında Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə yerli KİV-lər məlumat yayıb.
“Hadisə Siyəzən rayonu ərazisində, Bakı-Quba yolunun 99-cu km-də qeydə alınıb. “Mercedes Vita” markalı 77-CY-723 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi Quba istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan “Opel” markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub”, - deyə məlumatda bildirilir.
Hadisə nəticəsində 3 nəfər ölüb, 7 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.*
X.Nəsirzadə