Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də Cənubi Qafqazda təhlükəsizliyə həsr olunmuş panel müzakirələrdə iştirak edəcək.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, tədbirin proqramına əsasən, panel müzakirələrdə ATƏT-in baş katibi Helqa Mariya Şmid və Gürcüstanın baş naziri İrakli Qaribaşvili də iştirak edəcəklər.
Münhen Təhlükəsizlik Konfransı 17-19 fevral 2023-cü il tarixlərində Münhendə keçiriləcək.*
R.Kərimov