2023-cü il martın 2-də Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü keçiriləcək. Bu barədə Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayev məlumat verib.
Səfir Baham Adalarının paytaxtı Nassau şəhərində keçirilən Karib hövzəsi ölkələri Birliyinin (CARICOM) 44-cü Hökumət Başçıları Konfransında CARICOM-un üzv dövlətlərini Zirvə Görüşündə iştirak etməyə dəvət edib.
“R.Rzayev CARICOM-un üzv dövlətlərini 2 mart tarixində Bakıda keçiriləcək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etməyə dəvət edib”, - deyə Azərbaycanın Kubadakı səfirliyinin “İnterfaks-Azərbaycan” agentliyinin redaksiyasına daxil olmuş press-relizində bildirilir.*
R.Kərimov