Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri üzərində iş gedir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Təfərrüatları səfər razılaşdırıldıqdan sonra açıqlayacağıq”, - deyə o, bu gün brifinqdə bildirib.
Zaxarovanın sözlərinə görə, Azərbaycan və Ermənistan sülh müqaviləsi üzrə danışıqlarda RF-nin vasitəçiliyində maraqlı olduqlarını təsdiqləyiblər: “Moskva Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü keçirməyə hazırdır”.*
R.Əhmədov