Fevralın 17-də Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) və Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) nümayəndələri əməkdaşlıq məsələlərini müzakirə ediblər.
“İnterfaks-Azərbaycan” agentliyi Bakı Fond Birjasına istinadən xəbər verir ki, görüş zamanı yerli kredit agentliyinin yaradılması ilə bağlı cari məsələlər müzakirə olunub.
“Mərkəzi Bank və AYİB-in üzərində çalışdığı yerli kredit agentliyinin yaradılması ilə bağlı kiçik və orta bizneslərin maliyyə risklərinin dəyərləndirilməsi yönündə kiçik və orta bizneslərin mütəşəkkil kapital bazarında aktiv iştirakı, ilkin və təkrar bazarlar üzrə perspektivlər və bu sahədə görüləcək işlər haqqında ətraflı müzakirələr aparılıb”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə