2021-ci ilin oktyabr ayından 2022-ci ilin sentyabr ayına qədər Azərbaycan ilə Böyük Britaniya arasında ticarət dövriyyəsi 3,9% artaraq 1,2 milyard funt sterlinqə çatıb.
Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamentindən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, hesabat dövründə Britaniyadan Azərbaycana ixrac 791 milyon funt sterlinq (azalma 9,2%), Azərbaycandan Böyük Britaniyaya ixrac isə 418 milyon funt sterlinq (artım 42,7%) təşkil edib.
Britaniyadan ixracın strukturunda nəqliyyat vasitələri (83 milyon funt sterlinq və ya bütün əmtəə ixracının 26,4%-i), elektrik generatorları (63,9 milyon funt sterlinq) və zərgərlik məmulatları (22,5 milyon funt sterlinq) üstünlük təşkil edib.
Azərbaycandan Böyük Britaniyaya 277,3 milyon funt sterlinq dəyərində neft (bütün ixracın 78.1%-i), 55,6 milyon funt sterlinq dəyərində elektrik generatorları və 4,4 milyon funt sterlinq dəyərində cihaz ixrac edilib.
Bütövlükdə Böyük Britaniyanın xarici ticarətində Azərbaycanın payı 0,1% təşkil edib.*
R.Kərimov